Yuxarı

ADNSU imtahandan kənarlaşdırılan tələbələrə sonuncu dəfə xəbərdarlıq edib

Əvvəl olduğu kimi köçürmə hallarına təkrar yol verəcəklərsə, universitetdən xaric ediləcəklər

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) imtahandan kənarlaşdırılan tələbələrə xəbərdarlıq edib.

"Report"un xəbərinə görə, qış imtahan sessiyası dövründə üzərilərində müxtəlif köməkçi vasitələr olduğu üçün imtahan prosesindən kənarlaşdırılan tələbələrə universitetin rektorluğu daha bir şans verib.

Bildirilib ki, fevralın 10-da həmin tələbələr kənarlaşdırıldıqları imtahanları yenidən vermək imkanı qazanacaqlar: "Əgər həmin tələbələr bu şansdan düzgün istifadə etməsələr, yəni bu və ya gələcəkdə verəcəkləri imtahanlarda əvvəl olduğu kimi köçürmə hallarına təkrar yol verəcəklərsə, universitetdən xaric ediləcəklər!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi