ADNSU imtahandan kənarlaşdırılan tələbələrə sonuncu dəfə xəbərdarlıq edib

ADNSU imtahandan kənarlaşdırılan tələbələrə sonuncu dəfə xəbərdarlıq edib "Əvvəl olduğu kimi köçürmə hallarına təkrar yol verəcəklərsə, universitetdən xaric ediləcəklər"
Elm və təhsil
3 Fevral , 2016 13:46
ADNSU imtahandan kənarlaşdırılan tələbələrə sonuncu dəfə xəbərdarlıq edib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) imtahandan kənarlaşdırılan tələbələrə xəbərdarlıq edib.

"Report"un xəbərinə görə, qış imtahan sessiyası dövründə üzərilərində müxtəlif köməkçi vasitələr olduğu üçün imtahan prosesindən kənarlaşdırılan tələbələrə universitetin rektorluğu daha bir şans verib.

Bildirilib ki, fevralın 10-da həmin tələbələr kənarlaşdırıldıqları imtahanları yenidən vermək imkanı qazanacaqlar: "Əgər həmin tələbələr bu şansdan düzgün istifadə etməsələr, yəni bu və ya gələcəkdə verəcəkləri imtahanlarda əvvəl olduğu kimi köçürmə hallarına təkrar yol verəcəklərsə, universitetdən xaric ediləcəklər!"

Son xəbərlər

Orphus sistemi