ADİU-da təhsil alan əcnəbi tələbələr London Universitetinin bakalavr diplomunu alacaqlar

ADİU-da təhsil alan əcnəbi tələbələr London Universitetinin bakalavr diplomunu alacaqlar Tələbələr təhsil aldıqları müddətdə Londonda Yay Məktəbində iştirak etmək imkanı da qazanacaqlar
Elm və təhsil
21 İyul , 2015 16:42
ADİU-da təhsil alan əcnəbi tələbələr London Universitetinin bakalavr diplomunu alacaqlar

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan əcnəbi tələbələr London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

ADİU-nun əcnəbi tələbələri bu ali məktəblə London Universitetinin ikili diplom proqramına qoşulmaq imkanı qazanacaqlar. Bununla da əcnəbi tələbələr ADİU ilə bərabər London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər.

Proqramda iştirak edəcək əcnəbi tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil alacaq və nüfuzlu təhsil ocağının tədris resurslarından istifadə edə biləcəklər. Tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində iştirak etmək imkanı da qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi