Yuxarı
    Bağlamaq

    "ADA” Universiteti və Kaunas Texnologiya Universiteti arasında razılaşma memorandumu imzalanıb

    İmzalanma mərasimində “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Avropa İttifaqının Azərbaycandakı səfiri  Malena Mard iştirak edib

    Bakı. 28 noyabr. REPORT.AZ/ “ADA” Universiteti və Kaunas Texnologiya Universiteti arasında razılaşma memorandumu imzalanıb.

    ADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imzalanma mərasimində “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev, Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard iştirak ediblər.

    Yeni başlanılan əməkdaşlığa görə “ADA” Universitetinin İctimai və Beynəlxlaq Münasibətlər fakültəsində Avropa İttifaqı (Aİ) Araşdırmaları üzrə yeni magistr təhsilinin verilməsi məsələsi tədqiq ediləcək. Avropa İttifaqının 350 min avro dəyərində qrantı tərəfindən maliyyələşdirilən bu layihə qarşısına bir sıra məqsədlər qoyulub.

    Layihə çərçivəsində bir sıra aparıcı Avropa universitetləri ilə əməkdaşlıq edəcək "ADA" Universiteti əsas tərəfdaşı olan Kaunas Texnologiya Universitetinin Avropa İttifaqı üzrə təklif etidiyi akademik proqramlar təcrübəsindən yararlanmaq niyyətindədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi