"ADA" ilə Misir universiteti arasında müqavilə imzalanacaq

"ADA" ilə Misir universiteti arasında müqavilə imzalanacaq Misir səfiri ali təhsil müəssisəsinin qonağı olub
Elm və təhsil
2 Mart , 2016 21:31
ADA ilə Misir universiteti arasında müqavilə imzalanacaq

Bakı. 2 mart. REPORT.AZ/ Mirisin Azərbaycandakı səfiri xanım Suzan Cəmil ilə "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev arasında görüş keçirilib.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, Azərbaycana səfir təyin edildiyi vaxtdan bu ölkəylə yaxından tanışlıqdan, Azərbaycan xalqının qonaqpərvərliyinindən söhbət açan Suzan Cəmil "ADA" Universitetinin Azərbaycan təhsilindəki yüksək rolunu qiymətləndirib.

Hafiz Paşayev də öz növbəsində ali təhsil müəssisəsinin yaranma tarixindən, uğurlarından, müxtəlif universitetlərlə əlaqələri barədə məlumat verdi.

Görüş zamanı tərəflər arasında Misir universitetləri və "ADA" Universiteti arasında təhsil əlaqələrinin və tələbə mübadiləsinin genişlənməsindən, yaxın vaxtlarda Misir Elm və Texnologiya Universiteti ilə "ADA" Universiteti arasında bağlanılması gözlənilən müqavilə haqqında fikirlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi