Yuxarı
    Bağlamaq

    ABŞ-ın maliyyə yardımı ilə laçınlı məcburi köçkünlər üçün yeni məktəb tikilib

    Yeni məktəbdə 350 şağirdin təhsil alması nəzərdə tutulub
    © Report/ Orkhan Azim

    Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ-ın maliyyə yardımı ilə Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkün icması üçün yeni məktəb tikilib.

    "Report"un məlumatına görə, ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeron Masazır qəsəbəsində yeni məktəb inşa olunub.

    Açılış mərasimində ABŞ Azərbbaycandakı səfir Robert Sekuta, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və digər rəsmilər iştirak ediblər.

    Yeni məktəbdə 350 şagirdin təhsil alması nəzərdə tutulub.

    ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta bildirib ki, bu layihə ABŞ Müdafiə Departartamentinin humanitar yardım proqramı vasitəsilə Azərbaycanda keçirdiyi 16-ci məktəb layihəsidir.

    Diplomat qeyd edib ki, 17-ci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.

    Səfirin sözlərinə görə, 1992-ci ildən indiyə qədər ABŞ Azərbaycana 1 mlrd 300 mln. dollar yardim göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi