ABŞ-ın "Dragon" kosmik yük gəmisinin fəzaya uçuşu başa çatıb

ABŞ-ın "Dragon" kosmik yük gəmisinin fəzaya uçuşu başa çatıb Bakı. 9 dekabr. REPORT.AZ/ Şənbə günü Amerika Dragon kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiya (BKS) ilə təması başa çatıb. Bu, ABŞ-ın Şərq sahili vaxtı ilə 10:36-da baş verib.
Elm və təhsil
9 Dekabr , 2018 04:43
ABŞ-ın Dragon kosmik yük gəmisinin fəzaya uçuşu başa çatıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Şənbə günü Amerika "Dragon" kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiya (BKS) ilə təması başa çatıb. Bu, ABŞ-ın Şərq sahili vaxtı ilə 10:36-da baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Məkanın Tədqiqi İdarəsi (NASA) məlumat yayıb.

"SpaceX" şirkətinin "Dragon" gəmisi Floridadan fəzaya qalxdıqdan üç gün sonra Beynəlxalq Kosmik Stansiyanın tərəfindən Yerə doğru yönələn "Harmony" modulunun səthində bərqərar olub", - deyə ABŞ kosmik idarəsinin "Twitter" mikrobloqunda yazılıb.

Təması NASA-nın astronavtı Serena Aunyon və Avropa Kosmik Agentliyinin astronavtı Aleksander Qerst həyata keçirib.

"Dragon" orbit stansiyasına 2,5 tondan çox yük aparıb. Onların arasında maye metan və yanacaqdoldurma əməliyyatları üzrə modullar daxil olmaqla, bir sıra elmi təcrübələr üçün ərzaq və materiallar var.

Bundan əvvəl NASA ilk dəfə Marsda küləyin səsini qeydə alıb.

Son xəbərlər

Orphus sistemi