Yuxarı

Təhsil Nazirliyi: 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. 

Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: “Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”.

Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi