Yuxarı
    Bağlamaq

    İndiyədək 16 mindən çox abituriyent I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiqləyiblər

    Avqustun 11-dək davam edəcək ixtisas seçimində ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə bilər

    Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün saat 13.35-ə olan məlumata əsasən, 16 mindən çox (16 867) abituriyent I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiqləyiblər. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

    Məlumata görə, Azərbaycan bölməsi üzrə I qrup üzrə 5 208 (rus bölməsi 627), II qrup üzrə 4 420 (rus bölməsi 508), III qrup üzrə 4 266 (rus bölməsi 344), IV qrup üzrə 1 397 (rus bölməsi 97) abituriyent ərizələrini təsdiq ediblər.

    V qrup və orta ixtisas təhsili müəssisələri üzrə təsdiqlənmiş elektron ərizələrin sayına gəlincə, bu göstərici Azərbaycan bölməsi üzrə 2 577, rus bölməsində 235, ümumilikdə isə 2 812 nəfər təşkil edib.

    Xatırladaq ki, avqustun 11-dək davam edəcək ixtisas seçimində ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə bilər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər.

    Eyni zamanda, I, II, III, IV ixtisas qruplarından hər hansı biri üzrə və V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlər TQDK-nın müəyyən etdiyi tələbləri ödədikləri halda, imtahanında iştirak etdikləri hər iki qrupun ixtisaslarını seçə bilərlər.

    Qeyd edək ki, elektron ərizələrin təsdiqlənməsi prosesinə iyulun 30-da staret verilib. Bu il üçün I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, dövlət sifarişli yerlərdə 250-dən, II qrupda 200-dən, dövlət sifarişli 300-dən, III qrupda 200-dən, dövlət sifarişində 300-dən, IV qrupda isə ümumi balı 200-dən, dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi