Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib.
"Report"un məlumatına görə, yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası
Eyni zamanda tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.
Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılması təsdiqlənib: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.
Yeni normaya əsasən, Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
Bununla yanaşı, bundan sonra fəxri adların özək hissəsini təşkil edən ilk sözün böyük hərflə, sonrakı sözlərin isə kiçik hərflə yazılması təsdiqlənib: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.