Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək

Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək Fevralın 1-dən tədris qismən bərpa edildikdən sonra sinif üzrə yoluxma halı baş verərsə, bu halda həmin sinif distant təhsil formasına keçəcək.
Elm və təhsil
27 Yanvar , 2021 12:20
Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək

Fevralın 1-dən tədris qismən bərpa edildikdən sonra sinif üzrə yoluxma halı baş verərsə, bu halda həmin sinif distant təhsil formasına keçəcək.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu media nümayəndələri üçün keçirilən “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yoluxma ilə bağlı görüləcək tədbir onun miqyasından asılıdır:

“Bununla bağlı normativlər var. Sinif üzrə yoluxma olduqda sinif, məktəb üzrə yoluxma məktəb distant formaya keçəcək”.

Son xəbərlər

Orphus sistemi