Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır

Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır Bu gün saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.
Elm və təhsil
18 May , 2022 09:42
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır

Bu gün saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Bu barədə "Report"a Təhsil Nazirliyindən bildirilib.

Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi