2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün 2 594 nəfər müraciət edib.
“Report” xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun bu günə olan statistika ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 1 298 nəfərə kredit verilib. Onlardan 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.
Məlumata görə, 150 müraciətdən imtina olunub.