Yaşı 60-dan çox olan müəllimlər üçün könüllü əsasda ayrı imtahan qrafiki hazırlanacaq

Yaşı 60-dan çox olan müəllimlər üçün könüllü əsasda ayrı imtahan qrafiki hazırlanacaq 60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiya imtahanında könüllü iştirakı ilə bağlı təklif qərarı təsdiqləndiyi təqdirdə həmin şəxslərə görə ayrıca imtahan qrafiki təşkil ediləcək.
Elm və təhsil
19 İyun , 2023 15:09
Yaşı 60-dan çox olan müəllimlər üçün könüllü əsasda ayrı imtahan qrafiki hazırlanacaq

60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiya imtahanında könüllü iştirakı ilə bağlı təklif qərarı təsdiqləndiyi təqdirdə həmin şəxslərə görə ayrıca imtahan qrafiki təşkil ediləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, həmin qrafik çərçivəsində test imtahanı və müsahibələr olacaq.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.

Son xəbərlər

Orphus sistemi