Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir.
Elm və təhsil
2798
7 Sentyabr , 2021 17:20
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir.

"Report" xəbər verir ki, vakansiya seçimində iştirak etmək üçün namizədlər 9 sentyabr saat 18:00-dək bu linkə daxil olaraq müraciət edə bilərlər.

Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək.

Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi