Xüsusi təhsil müəssisələrinə işə qəbulla bağlı müsahibə mərhələsinin nəticələri açıqlanıb

Xüsusi təhsil müəssisələrinə işə qəbulla bağlı müsahibə mərhələsinin nəticələri açıqlanıb Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Elm və təhsil
21 Sentyabr , 2021 16:56
Xüsusi təhsil müəssisələrinə işə qəbulla bağlı müsahibə mərhələsinin nəticələri açıqlanıb

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilən müsahibələrdə namizədlərə biliyi və metodiki hazırlığı, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunub.

Qeyd edək ki, müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Son xəbərlər

Orphus sistemi