Xəzər Universiteti BMT-nin proqramına dəvət edilib

Xəzər Universiteti BMT-nin proqramına dəvət edilib “Times Higher Education” təşkilatı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təşəkkür məktubu ünvanlayıb
Elm və təhsil
21 May , 2021 14:19
Xəzər Universiteti BMT-nin proqramına dəvət edilib

“Times Higher Education” təşkilatı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təşəkkür məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktub Xəzər Universitetinin iqlim dəyişikliyi, onun təsiri və nəticələri ilə mübarizə üzrə araşdırmalara verdiyi töhfəyə görə göndərilib.

Məktubda universitetin “Times Higher Education Impact Rankings 2021” reytinq cədvəlində 13-cü Dayanıqlı İnkişaf Məqsədi: İqlim Dəyişikliyi üzrə dünyanın ən yaxşı 566 universiteti arasında yer aldığı bir daha vurğulanıb.

Həmçinin Xəzər Universiteti BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənən “Race to Zero” (sıfır karbon) proqramına dəvət edilib.

Son xəbərlər

Orphus sistemi