Fransa hökuməti fransız dilinin xaricdə tədrisinə 25 milyon avro ayıracaq. "Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, fransız dilinin xaricdə tədrisi üçün 2020-ci ildə dövlət büdcəsindən əlavə 25 milyon vəsait ayrılacaq.
Bundan əlavə daha 1000 nəfər fransız dili müəllimi xarici ölkələrə fransız dilini tədris etməyə göndəriləcək.
Jan-İv Le Drian, həmçinin, xarici ölkələrdəki fransız məktəblərində illik təhsil haqlarının da azaldılacağını bildirib.