Xarici dillər təmayüllü lisey və gimnaziyaların tədris planları təsdiqlənib

Xarici dillər təmayüllü lisey və gimnaziyaların tədris planları təsdiqlənib Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb
Elm və təhsil
7 Sentyabr , 2017 16:55
Xarici dillər təmayüllü lisey və gimnaziyaların tədris planları təsdiqlənib
Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2017-2018-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

“Report” xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd Azərbaycanın xarici dillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Əmrə görə, Azərbaycanın tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının 2017-2018-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi