Xaricdə təhsilə dair Dövlət Proqramına 2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.
Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən ümumilikdə
Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində "Harvard University", "Massachusetts Institute of Technology", “Columbia University”, "National University of Singapore", "ETH Zurich", "University of Oxford", "University College London" və "University of Cambridge" kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar. Gənclərin üstünlük verdiyi ixtisas istiqamətləri sırasında informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, eləcə də digər prioritet istiqamətlər yer alır.
Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir.