Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əksini tapıb.
Sənədə əsasən, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı hazırlanacaq.
Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcək:
- informasiya texnologiyaları;
- mühəndislik;
- statistika və verilənlərin təhlili;
- fundamental və tətbiqi elmlər;
- ictimai səhiyyə;
- təhsil;
- ətraf mühit;
- aviasiya və kosmos;
- dövlət idarəetməsi;
- nəqliyyat və logistika;
- energetika;
- iqtisadiyyat;
- maliyyə;
- arxitektura və dizayn;
- kənd təsərrüfatı.
Prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı da hazırlanacaq.