Xaricdə təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı açıqlanıb

Xaricdə təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı açıqlanıb Xaricdə dövlət proqramı çərçivəsində təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı açıqlanıb.
Elm və təhsil
9 Sentyabr , 2022 10:59
Xaricdə təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı açıqlanıb

Dövlət proqramı çərçivəsində Azərbaycandan xaricə təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırıldığı açıqlanıb.

"Report" xəbər verir ki, "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib ki, proqram boyunca tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq həyata keçirilir.

T.Topalova qeyd edib ki, monitorinq elmi rəhbərin rəyi əsasında yekunlaşır: "Əgər, rəy müsbət deyilsə, tələbə proqramdan uzaqlaşdırılmır, lakin bir illik ödənişi dayandırılır. Belə hal ikinci dəfə təkrar olarsa, həmin şəxs proqramdan kənarlaşdırılır. Lakin sevindirici hal odur ki, bu vaxta qədər belə bir təcrübə yaşanmayıb".

Son xəbərlər

Orphus sistemi