Xaricdə təhsil almış 115 nəfərin diplomla bağlı müraciətinə mənfi cavab verilib

Xaricdə təhsil almış 115 nəfərin diplomla bağlı müraciətinə mənfi cavab verilib İyun ayı üzrə 462 müraciətçinin 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Elm və təhsil
4 İyul , 2023 11:31
Xaricdə təhsil almış 115 nəfərin diplomla bağlı müraciətinə mənfi cavab verilib

İyun ayı üzrə 462 müraciətçinin 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 112, dövlət nümunəli olmayan diplom səbəbilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 201, Rusiya Federasiyasından 152, Gürcüstandan 69, Türkiyə Respublikasından 23, Birləşmiş Krallıqdan 3, digər ölkələrdən isə 14 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 64, menecment üzrə 59, maliyyə üzrə 57, mühasibat üzrə 19, biznesin idarə edilməsi üzrə 17 müraciətçi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi