Vəkil olmaq istəyən 245 namizəd yazılı imtahan verəcək

Vəkil olmaq istəyən 245 namizəd yazılı imtahan verəcək Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı oktyabrın 31-də ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.
Elm və təhsil
28 Oktyabr , 2019 14:48
Vəkil olmaq istəyən 245 namizəd yazılı imtahan verəcək

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı oktyabrın 31-də ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.

Kollegiyadan "Report"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə-elektronlaşdırılmış qaydada aparılacaq.

İmtahanda 245 namizəd iştirak edəcək.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə oktyabrın 31-i saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində olmalıdırlar. 

Son xəbərlər

Orphus sistemi