DİM: Vəkil olmaq istəyən 135 namizəd müsabiqə şərtini ödəyib

DİM: Vəkil olmaq istəyən 135 namizəd müsabiqə şərtini ödəyib Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Elm və təhsil
31 Yanvar , 2020 14:21
DİM: Vəkil olmaq istəyən 135 namizəd müsabiqə şərtini ödəyib
Dövlət İmtahan Mərkəzi / Report

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. 

İmtahan kompüter vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 240 namizəd qeydiyyatdan keçib, 7 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 233 namizəddən 135 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Son xəbərlər

Orphus sistemi