Uyğur türklərinin haqları uğrunda mübarizə aparmış Emin Buğra anılacaq

Uyğur türklərinin haqları uğrunda mübarizə aparmış Emin Buğra anılacaq Tədbirə Azərbaycan da qatılacaq
Elm və təhsil
2 Oktyabr , 2015 14:06
Uyğur türklərinin haqları uğrunda mübarizə aparmış Emin Buğra anılacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 4-7-də İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu və Şərqi Türküstan Vəqfi tərəfindən Beynəlxalq Mehmet Emin Buğra simpoziumu keçiriləcək. Bu barədə "Report"a AMEA Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Tədbirə AMEA-nın Şərqşünaslıq İnstitutundan da nümayəndə qatılacaq.

Qeyd edək ki, Mehmet Emin Buğra Şərqi Türküstanın müstəqilliyi uğrunda mübarizə aparmış çox önəmli bir siyasi və ictimai xadim olub. Şərqi Türküstanın Çin tərəfindən işğal edilməsindən sonra, Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Mehmet Emin Buğra həyatının sonuna qədər Şərqi Türküstandakı uyğur türklərinin haqları uğrunda mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi