“Uşaqlar üçün Yuvenal Ədliyyə” mövzusunda təlim keçirilib

“Uşaqlar üçün Yuvenal Ədliyyə” mövzusunda təlim keçirilib ​Təlim UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə baş tutub
Elm və təhsil
25 Avqust , 2016 20:57
“Uşaqlar üçün Yuvenal Ədliyyə” mövzusunda təlim keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ UNİCEF-in Azərbaycan nümayəndəliyi dəstəyi, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı ilə Mingəçevir şəhərində, Ağcabədi, Bərdə və Yevlax rayonunda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, yerli icra nümayəndəliklərinin və ədliyyə orqanlarının nümayəndələrinin iştirakı ilə “Uşaqlar üçün Yuvenal Ədliyyə” mövzusunda təlim keçirilib.

GTM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2 gün davam edən təlim zamanı UNİCEF nümayəndəsi Ramil İsgəndərli tərəfindən “Yuvenal Ədliyyənin tarixi”, “Uşaqlar üçün Ədliyyə arasında fərqlər və oxşarlıqlar, beynəlxalq alətlər” haqqında, Polis Akadeniyasının müəllimi Vüqar Mansurovun təqdimatında “Yetkinlik yaşına çatmayanların kriminal davranışı: beynəlxalq konsepsiyalar və ölkədaxili vəziyyət” mövzusunda, Ədliyyə Akademiyasının müəllimi Mətanət Əsgərovanın təqdimatında “Yuvenal Ədliyyədə uşağın ümdə maraqları və beynəlxalq standartlar” mövzusunda, həmçinin İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndəsi Rəşid Rumzadənin təqdimatında “Yuvenal Ədliyyə sahəsində monitorinq” sahəsində geniş və ətraflı məlumat verilib, həmin mövzularda təlim iştirakçıları ilə birgə müzakirə aparılıb.

Layihənin məqsədi uşaq hüquqlarının qorunmasının müstəqil monitorinqinə dəstək vermək, adekvat hüquqi yardım və dəstəyə daha yaxşı çıxışı təmin etməkdir. Həmçinin qanunla ziddiyyətdə olan uşaqlara dair cəmiyyətdəki anlayış və yanaşmanın yaxşılaşdırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının bacarıq və imkanlarının artırılmasıdır. İki il davam edəcək proqram çərçivəsində yerli gənclər təşkilatı olan Gənclər üçün Təhsil Mərkəzi Ağcabədi, Bərdə,Yevlax və Mingəçevir şəhərində yuvenal ədliyyə islahatlarının davam etdirilməsinə kömək edəcək, islahatların ədliyyəyə çıxış mexanizmlərini də əhatə etməsinə dəstək verəcək.

Son xəbərlər

Orphus sistemi