UNEC tələbələri “Coursera for Campus”da yüksək aktivlik göstərirlər

UNEC tələbələri “Coursera for Campus”da yüksək aktivlik göstərirlər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Stanford Universitetinin (ABŞ) Coursera for Campus proqramına qoşulmasının 15-ci günündə tələbə və magistrlərin kurslardakı aktivliyi, eləcə də qazanılan nəticələr bəlli olub.
Elm və təhsil
233
12 Aprel , 2020 10:50
UNEC tələbələri “Coursera for Campus”da yüksək aktivlik göstərirlər

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Stanford Universitetinin (ABŞ) "Coursera for Campus" proqramına qoşulmasının 15-ci günündə tələbə və magistrlərin kurslardakı aktivliyi, eləcə də qazanılan nəticələr bəlli olub.

Bu barədə "Report"a UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

UNEC tərəfindən verilən 2369 lisenziya sahibi dünyanın aparıcı universitetlərinin kurslarından tamamilə ödənişsiz yararlanmaqda davam edir. Statistik göstəricilərə əsasən, 15 gün ərzində 3839 kurs üzrə 20767 dərs mövzusu dinlənilib.

Proqram iştirakçılarının ən çox seçdiyi kurslar siyahısında mikroiqtisadiyyat, menecment, maliyyə bazarları, maliyyə və mühasibat, marketinq, iqtisadi siyasət, qiymət strategiyaları, ekonometrika, dünya iqtisadiyyatı yer alır.

Böyük həvəslə iştirak edən tələbələr arasında kursları tamamlayanların sayında da yüksəliş davam edir. Bu günə qədər 282 nəfər artıq kursları uğurla tamamlayaraq sertifikatlara sahib olub. Onlardan 179 nəfər 1 kursu, 111 nəfər 2 kursu, 17 nəfər 3 kursu, 10 nəfər isə 4 kursu uğurla başa vurub.

Tələbələrin ən çox tamamladığı kursların ilk beşliyində isə menecment, maliyyə uçotu, qiymət strategiyaları, mühasibat, mikroiqtisadiyyat kursları dayanır.

Kurs iştirakçılarının professional səviyyədə seçdiyi kursların siyahısında ilk yerlərdə statisika, statistik proqramlaşdırma, proqram təminatı mühəndisliyi və təhlükəsizik mühəndisliyi yer alıb.

Kurslar üzrə ən çox vaxt sərf olunanlar arasında isə Maşın öyrənməsi (Machine Learning), Əməliyyat sistemləri, Data vizualizasiyası, Statistik proqramlaşdırma, Kompüter şəbəkələri, Riyaziyyat istiqamətləri liderlik edir.

Son xəbərlər

Orphus sistemi