UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov ABŞ-ın Southern New Hampshire Universitetində (SNHU) tədqiqat aparır.
Elm və təhsil
16 İyul , 2018 17:55
UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov ABŞ-ın Southern New Hampshire Universitetində (SNHU) tədqiqat aparır.

Bu barədə "Report"a UNEC-in İctimaiyyətlə Əəaqələr şöbəsindən məlumat verilib.

SNHU-nin dəvəti ilə universitetin Biznes Məktəbində tədqiqat aparan T.Süleymanov səfər çərçivəsində MBA proqramı üzrə tədris olunan “Liderlik və təşkilatı davranış” fənni üzrə qonaq məruzəçi qismində çıxış edib. O, məruzəsində işçi davranışı və iş məmnuniyyəti nəzəriyyələrinin izahını verərək mövzü üzrə keyslər göstərib, mühüm faktorların mahiyyətini açıqlayıb.

UNEC-in gənc müəllimi ali təhsil müəssisələrinin brendlənməsi istiqamətində Amerikada tədqiqatlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi