Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "İqtisadçı Gənclər Akademiyası" yaradılıb. UNEC-dən "Report"a verilən xəbərə görə, akademiyanın əsas məqsədi gənclərin iqtisadiyyatın müxtəlif sahələrində elmi tədqiqat bacarıqlarının artırılması və ictimaiyyət arasında təbliğidir.
Burada tələbələr iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmalar aparacaq, yerli və xarici şirkətlərin təcrübə proqramlarından yararlancaqlar. Akademiyada, həmçinin gənclərin iqtisadi biliklərinin artırılması məqsədilə elmi konfransların, dəyirmi masaların, seminarların keçirilməsi nəzərdə tutulur.
Akademiyanın sədri UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin 3-cü kurs tələbəsi Hidayət Kərimovdur.