UNEC ABŞ-ın nüfuzlu universiteti ilə əməkdaşlıq edəcək

UNEC ABŞ-ın nüfuzlu universiteti ilə əməkdaşlıq edəcək UNEC-in nümayəndə heyəti İllinoys Universitetinə dəvət edilib
Elm və təhsil
2 Dekabr , 2016 16:44
UNEC ABŞ-ın nüfuzlu universiteti ilə əməkdaşlıq edəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ABŞ-ın İllinoys Universiteti (UİC) arasında gələcək əməkdaşlığa dair razılıq əldə edilib.

Bu barədə “Report”a UNEC-in Marketinq və Kommunikasıya Departamentidən məlumat verilib.

UNEC-in rektoru Ədalət Muradovla UİC-in prorektoru Robert Bariş və həmin universitetin professoru Konstantin Slavin arasında keçirilən görüşdə ikili diplom proqramının həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat işlərinin təşkili, elmi məqalələrin yazılması, eyni zamanda video konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib.

Sonda UNEC-in nümayəndə heyəti İllinoys Universitetinə dəvət edilib.

Qeyd edək ki, “Times Higher Education World University Rankings”in son hesabatına görə, Çikaqo ştatında yerləşən UİC dünyanın 200 ən yaxşı universiteti arasında yer alıb.