"Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması Qaydaları”na dəyişiklik olunub

"Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması Qaydaları”na dəyişiklik olunub
Elm və təhsil
1278
20 Aprel , 2018 01:27
Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması Qaydaları”na dəyişiklik olunub
Report

Bakı. 20 aprel. REPORT.AZ/ Buraxılış imtahanı zamanı şagirdlərin məktəbə tütün məmulatı gətirməsi qadağan edilib

"Report"un məlumatına görə, Nazirlər Kabineti "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın 2.17.3-cü yarımbəndinə dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən şagirdlərin imtahan binasına tütün məmulatı gətirmək qadağan edilib.