ADA Universiteti Azərbaycanın ilk Təhsil Araşdırmaları Assosiasiyasının (AzERA) açılışını alqışlayır.
“Report” xəbər verir ki, bu barədə ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova AzERA-nın yaradılması və Avropa Təhsil Araşdırmaları Assosiasiyasına (EERA) qoşulması münasibətilə ADA Universitetində keçirilən tədbirdə deyib.
Ü.Mikayılova qeyd edib ki, AzERA Azərbaycanda təhsil sahəsində tədqiqatlar aparacaq: "Bu da bu gün təhsil müəssisələrində baş verən bir çox mənfi halların həllinə və qarşısının alınmasına kömək edəcək. Təhsil sahəsində aparılan tədqiqatlar bir çox suallara cavab tapmağa kömək edəcək, bunlar ölkəmiz üçün çox vacibdir. Bu tədqiqatlarla məşğul olacaq peşəkar kadrların hazırlanması da vacibdir”.