“Qarabağın bərpası mövzusunda təhsilin nə dərəcədə önəmə sahib olduğunu bilirik və təhsil işləri məsələsində böyük çalışmalar yürüdürük”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Ziya Selçuk azərbaycanlı həmkarı Emin Əmrullayevlə görüşdən sonra söyləyib.
“Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu vasitəsilə ölkəmizin təcrübəsini azərbaycanlı qardaşlarımızla paylaşacağıq. Yeni açılacaq Peşə Təhsili Qurumunda IT, qonaqlama və səyahət xidmətləri, mebel və interyer dizayn, modelyerlik texnologiyaları kimi 5 sahədə təhsil verməyi planlaşdırırıq. Atılan imzaların hər iki ölkənin gözəl övladlarına xeyirli olsun”, - nazir bildirib.
Z.Səlçuk Azərbaycan xalqını Qarabağ zəfəri münasibətilə təbrik edib: “Azərbaycan xalqının uğuru bizim qürurumuzdur, onların sevinci bizim sevincimizdir”.