Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olub - FOTO

Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olub - FOTO Əddülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb
Elm və təhsil
4 Noyabr , 2016 10:37
Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olub - FOTO

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

E.Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib. O, BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Əbdülqafur Böyükfırat səmimi qəbula görə təşəkkür edib. Ə.Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb.

Görüşdə BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, həmçinin BANM-in Türkiyənin Yüksək Təhsil Şurası ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi