Türkan Şoray Bakıda mükafat və diplomla təltif edilib

Türkan Şoray Bakıda mükafat və diplomla təltif edilib Xəzər Universitetində Avrasiya Akademiyasının ikinci rəsmi məclisi keçirilib
Elm və təhsil
17 Noyabr , 2016 18:04
Türkan Şoray Bakıda mükafat və diplomla təltif edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Xəzər Universitetində Avrasiya Akademiyasının ikinci rəsmi məclisi keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə elm adamları, diplomatik korpusun nümayəndələri, səfirlər iştirak ediblər.

Birinci hissədə akademiyanın yaranması və inkişafı haqqında film nümayiş etdirilib.

Qeyd olunub ki, 2012-ci ildə həm beynəlxalq, həm də regional mahiyyət daşıyan Akademiya yaradılıb. Qurucu üzv Azərbaycan, Türkiyə və ABŞ vətəndaşları olub. Bura professor Halil İnalcık, Lütfi Zadə, Mahmut Qazi Yaşargil, bəstəkar Arif Məlikov və Hamlet İsaxanlı daxildir.

Tədbirin ikinci hissəsində aktyor, rejissor və ssenarist Robert Hossein və aktrisa, rejissor Türkan Şoray haqqında tanıtım filmləri nümayiş olunub.

Fransalı aktyor Robert Hossein və türkiyəli aktrisa Türkan Şoray Akademiyaya üzv seçiliblər. Onlara akademiyanın üzvlük diplomu və "Avrasiya əfsanəsi" mükafatı təqdim olunub. T.Şoray bu mükafata layiq görülən ilk qadındır.

Son xəbərlər

Orphus sistemi