Türk dövlətlərində diplomların, elmi adların tanınması üçün prosedurun təkmilləşdirilməsi təklif olunur

Türk dövlətlərində diplomların, elmi adların tanınması üçün prosedurun təkmilləşdirilməsi təklif olunur Ortaq türk ədəbi dilinin yaradılması və ali təhsil diplomlarının, elmi adların türk dövlətlərində qarşılıqlı tanınması, ekvivalentliyi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsi təklif olunub.
Elm və təhsil
21 aprel 2025 10:38
Türk dövlətlərində diplomların, elmi adların tanınması üçün prosedurun təkmilləşdirilməsi təklif olunur
Şahin Mustafayev

Ortaq türk ədəbi dilinin yaradılması və ali təhsil diplomlarının, elmi adların türk dövlətlərində qarşılıqlı tanınması, ekvivalentliyi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsi təklif olunub.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Bakıda Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib.

O, türk dövlətlərinin ortaq təhsil və elm siyasətini inkişaf etdirərək regional və qlobal miqyasda daha güclü olmasının zəruriliyini vurğulayıb.

Ş.Mustafayev bildirib ki, rəhbərlık etdiyi qurumun son illər həyata keçirdiyi mühüm layihələrdən biri olan “Türk Barometri 2024” tədqiqatında türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair aktual məsələlər tədqiq olunur: 

"Builki tədqiqat da Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə aparılıb. Sorğu zamanı türk dövlətlərinin orta və ali təhsil müəssisələrində çalışan 4131 nəfər professor və müəllimin, ümumi sayı 156 nəfər olan türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimləri və təhsil ekspertlərinin rəyi öyrənilib. Əldə olunmuş sorğu məlumatları və ekspert rəyləri əsasında bir sıra təkliflər təqdim olunub". 

Orphus sistemi