TQDK Sənəd Qəbulu komissiyalarının ünvanlarını açıqlayıb - SİYAHI

TQDK Sənəd Qəbulu komissiyalarının ünvanlarını açıqlayıb - SİYAHI Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə ərizə qəbulu davam edir
Elm və təhsil
13 Aprel , 2015 12:11
TQDK Sənəd Qəbulu komissiyalarının ünvanlarını açıqlayıb - SİYAHI

Bakı. 13 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Sənəd Qəbulu komissiyalarının (SQK) ünvanlarını açıqlayıb. TQDK-dan "Report"a verilən xəbərə görə, ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə ərizə qəbulu davam edir.

Belkəliklə, SQK-ların ünvanları

Bakı şəhəri üzrə

1.Bakı Dövlət Universiteti

2.Azərbaycan Texniki Universiteti

3.Azərbaycan Dövlət Pedaqoji Universiteti

4.Azərbaycan Turizm və Menecement Universiteti

5.Azərbaycan Müəllimlər İnstitutu

6.Qafqaz Universiteti

7.Xəzər Universiteti

8."Azərbaycan" Universiteti

9.Bakı Biznes Universiteti

Regionlar üzrə

1.Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

2.Gəncə Dövlət Universiteti

3.Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

4.TQDK-nın Naxçıvan MR Regional Bölməsi

5. Sumqayıt Dövlət Universiteti

6. TQDK-nın Lənkəran Regional Bölməsi

7. Mingəçevir Politexnik İnstitutu

8. Azərbaycan Müəllimlərin İnstitutunun Şəki, Qazax, Ağcabədi, Cəilabad, Quba, Şamaxı və Zaqatala filialları

Xatırladaq ki, ərizələrini SQK-da təsdiq elətdirməli olan əcnəbilər və vətəndaşlığı olmayan gənclər, həmçinin xaricdə təhsil alan Azərbaycan vətəndaşları ərizələrini TQDK-da və onun Naxçıvan, Gəncə, Lənkəran,Xaçmaz, Şəki, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində təsdiq etdirə bilərlər. Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər institutunun Qazax filialında yaradılmış SQK-da təsdq elətdirə bilərlər.

Qeyd edək ki, Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün təlimat, tələb olunan sənədlər, "Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 2-ci sayında təqdim olunub.

Son xəbərlər

Orphus sistemi