​TQDK SAT imtahanını keçirib

​TQDK SAT imtahanını keçirib İmtahanın nəticələri 2 həftədən sonra elan olunacaq
Elm və təhsil
139
2 May , 2015 19:22
​TQDK SAT imtahanını keçirib

Bakı. 2 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT (Scholastic Aptitude Test - şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test) imtahanını keçirib. 

Dövlət Komissiyasından "Report"a verilən məlumata görə, imtahan TQDK-nın inzibati binasında təşkil olunub və təlimata uyğun keçirilib, iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 nəfərdən 1 nəfəri imtahana gəlməyib. İmtahanın nəticələri 2 həftədən sonra elan olunacaq.

Qeyd edək ki, növbəti SAT imtahanının 2015-ci il iyun ayının 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 09:00-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi