Məleykə Abbaszadə: “TQDK-nın apardığı statistik təhlillər elmi əsaslara söykənir”

Məleykə Abbaszadə: “TQDK-nın apardığı statistik təhlillər elmi əsaslara söykənir” “Təqdim etdiyimiz proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür”
Elm və təhsil
11 Avqust , 2016 14:39
Məleykə Abbaszadə: “TQDK-nın apardığı statistik təhlillər elmi əsaslara söykənir”

“Təqdim etdiyimiz proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür”

Bakı. 11 avqust. REPORT.AZ/ “Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür”.

“Report”un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu, TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır.

M.Abbaszadə eyni zamanda, eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də danışıb: “Qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır Bu istiqamətdə problemin aradan qaldırılması üçün fikir mübadiləsi aparılır”.

Son xəbərlər

Orphus sistemi