TQDK cəzaçəkmə müəssisələrində olan məzunların yekun qiymətlərini açıqlayıb

TQDK cəzaçəkmə müəssisələrində olan məzunların yekun qiymətlərini açıqlayıb Xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodiki dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulub
Elm və təhsil
1183
18 İyul , 2016 13:41
TQDK cəzaçəkmə müəssisələrində olan məzunların yekun qiymətlərini açıqlayıb

Bakı. 18 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak edən 197 nəfər məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 117 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün yekun qiymətlər çıxarıb.

TQDK-dan “Report”a verilən məlumata görə, buraxılış imtahanlarında bu məzunlardan IX sinif üzrə 4 nəfər ana dili və riyaziyyat fənlərindən, XI sinif üzrə 6 nəfər xarici dil fənnindən “4” və “5” qiymətləri alıb.

Keçən il olduğu kimi bu il də TQDK tərəfindən xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodiki dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi