TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb

TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb Komissiya Asiya Universitetinin binasında fəaliyyət göstərir
Elm və təhsil
24 Fevral , 2015 10:55
TQDK bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb

Bakı. 24 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

Komissiya 2015- 2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilən birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün təşkil edilib. 

Bakalavrlar Apelyasiya Komissiyasına 24- 25 fevral tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xatırladaq ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir.