TQDK abituryentlərə xəbərdarlıq edib

TQDK abituryentlərə xəbərdarlıq edib Kolleclərə qəbul olmaq istəyənlərin cəmi 50 faizi qeydiyyatdan keçib
Elm və təhsil
154
27 İyul , 2016 11:20
TQDK abituryentlərə xəbərdarlıq edib

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün saat 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib.

Tələbə Qəbulu üzrə Dövlət komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.