Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilən kvalifikasiyaların peşə tanınmasında uğurluluq faizi illik əsasda 50 olub.
"Report”un məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov media üçün illik hesabat görüşündə deyib.
O bildirib ki, bu il ərzində TKTA-nın sifarişi ilə DİM iki imtahan keçirib.
“İlk imtahanda 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib. Nümunə üçün, hüquqşünaslıq üzrə imtahanda iştirak edən şəxslərin 66 faizi, ibtidai sinif müəllimliyi üzrə 91 faizi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 68 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib.
İkinci imtahanda 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 54 % təşkil edib. Nümunə üçün, hüquqşünaslıq üzrə imtahanda iştirak edən şəxslərin 67 faizi, ibtidai sinif müəllimliyi üzrə 80 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib”.