Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞİH) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.
Elm və təhsil
24 Yanvar , 2024 09:54
Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

"Report" xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, test imtahan mərhələsində uğur qazanan (35 və daha çox bal toplayan) və ötən ilin dekabr ayınadək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunurlar.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək.

Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apellyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

Son xəbərlər

Orphus sistemi