Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Teledərslərin sabaha olan cədvəli açıqlanıb Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 17-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.
Elm və təhsil
16 Mart , 2020 13:20
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 17-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq. 

Sabaha olan cədvəli təqdim edirik:

Azərbaycan bölməsi üzrə 

I sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi;

II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

III sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili;

IV sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi;

VI sinif – Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Biologiya;

X siniflər üçün isə Kimya, İngilis dili, Coğrafiya və Biologiya dərslərini izləyə biləcəklər.

Rus bölməsi üzrə dərslər saat 14:00-dan etibarən yayımlanacaq.

II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi;

VI sinif – Rus dili, Fizika, Biologiya;

VII sinif – Riyaziyyat, Biologiya, Coğrafiya;

IX sinifləri - Rus dili, Riyaziyyat, Kimya dərslərini izləyə bilərlər. 

Son xəbərlər

Orphus sistemi