Tələbə qəbulu ilə bağlı xidmət haqları açıqlandı

Tələbə qəbulu ilə bağlı xidmət haqları açıqlandı Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi açıqlanıb.
Elm və təhsil
12 May , 2020 12:31
Tələbə qəbulu ilə bağlı xidmət haqları açıqlandı

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi açıqlanıb. 

"Report" sxemi təqdim edir:

Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

Xidmətlərin adı Ölçü vahidi Tarif*(ƏDV-siz, manat)
Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı 1 iştirak üçün 40
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı 1 iştirak üçün 30
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı 1 iştirak üçün 10
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus dili fənnindən imtahan 1 iştirak üçün 10
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı 1 iştirak üçün 10

Son xəbərlər

Orphus sistemi