"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daha bir dövlət qurumu qoşulur

"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daha bir dövlət qurumu qoşulur Gələcəkdə hərbi xidmətdən möhlət hüququ olan oğlan abituriyentlər elektron ərizələrini özləri təsdiq edə biləcəklər
Elm və təhsil
6 Aprel , 2015 13:34
Tələbə-məzun dövlət elektron məlumat sisteminə daha bir dövlət qurumu qoşulur

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulacaq. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Nəticədə həmin dövlət qurumu üçün zəruri olan məlumatların qısa müddət ərzində, elektron formada əldə edilməsi təmin olunacaq.

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında onlayn rejimdə aparılan məlumat mübədiləsi tək "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə məhdudlaşmayacaq. Belə ki, ali məktəblərə ərizə qəbulu prosesində hərbi xidmətdən möhlət hüququ olan vətəndaşlara dair məlumatların mübadiləsi və dəqiqləşdirilməsi məqsədilə iki qurumun informasiya sistemləri inteqrasiya olunub. Hazırda bu mübadilə pilot rejimində həyata keçirilir", TQDK-nın məlumatında bildirilib.

Gələcəkdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq məlumat bazaları zənginləşdikcə hərbi xidmətdən möhlət hüququ olan oğlan abituriyentlər də Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən elektron ərizələrini özləri təsdiq edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi