Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.
Elm və təhsil
7 Sentyabr , 2022 12:22
Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb
Emin Əmrullayev

Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.

“Report”un məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98 %-i prosesdə iştirak edib.

O bildirib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb.

Nazir söyləyib ki, 2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyacı var: "5 599 müəllim müsahibə mərhələsindən keçsə 10 % əlavə almağa başlayacaq. 27 % müəllim isə 35 % əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir".

Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.

Son xəbərlər

Orphus sistemi