Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyəti barədə hesabat verib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyəti barədə hesabat verib Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Media və təhsil dialoqu” adlı maarifləndirici təlimdə iştirak edib.
Elm və təhsil
17 Sentyabr , 2021 19:14
Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyəti barədə hesabat verib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Media və təhsil dialoqu” adlı maarifləndirici təlimdə iştirak edib.

"Report" xəbər verir ki, təlimdə Agentliyin “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində hazırlanan xüsusi sosial videçarx media nümayəndələrinə təqdim edilib.

Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması", "Məktəblərdə inspeksiyaların aparılması" mövzusunda çıxış edərək ötən səkkiz ay ərzində Agentliyin fəaliyyət istiqamətləri barədə hesabatı media nümayəndələrinin diqqətinə çatdırıb. Sədr Agentliyin kollegial idarətmə orqan olduğunu xüsusi vurğulayaraq təhsil müəssisələrinin akkreditasiyası, qeyri-formal və informal təhsilin tanınması, məktəb inspeksiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması barədə geniş məlumat verib.

Təqdimatdan sonra Eldar Orucov jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi